“Rusiya və Ermənistanın birgə əməkdaşlıq barədə öhdəlikləri var”


“Rusiya və Ermənistanın həm Cənubi Qafqazda, həm də bütün dünyada sabitliyin və təhlükəsizliyin gücləndirilməsi üçün birgə əməkdaşlıq etmək barədə öhdəlikləri var”.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyinin iki ölkə arasında “Böyük müqavilə”nin imzalanmasının ildönümü ilə bağlı yaydığı bəyanatda bildirilib.
“Xüsusilə, Rusiya və Ermənistan siyasi, iqtisadi, hərbi, elmi, mədəni və digər sahələrdə birgə əməkdaşlığı hərtərəfli gücləndirmək barədə razılığa gəliblər”, - deyə bəyanatda qeyd edilib.
Səfirlik həmçinin ümumilikdə “Böyük Müqavilə” adlandırılan sənədin dövlətlərarası münasibətlərin prinsiplərini və prioritetlərini müəyyən etməklə yanaşı, həm də ikitərəfli tərəfdaşlığın həqiqi müttəfiqlik ruhunda qurulmasında mühüm mərhələ təşkil etdiyini bildirib.
Qeyd edək ki, avqustun 29-da Ermənistan və Rusiya arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilənin imzalanmasının 27-ci ildönümü tamam olur.

DİGƏR XƏBƏRLƏR

Top