
Sahib Məmmədov iqtisadiyyat nazirinin müavini vəzifəsindən ayrılıb.
Yeniavaz.com xəbər verir ki, artıq Nazirliyin rəsmi saytındakı “rəhbərlik” bölməsində onun adı yoxdur.
Xatırladaq ki, avqustun 26-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yeni sədri vəzifəsinə Sahib Məmmədov seçilib. Daha əvvəl isə Səttar Möhbalıyev Milli Məclisin deputatı kimi işinin çoxluğunu nəzərə alaraq AHİK sədrliyindən istefa verdiyini açıqlayıb.
Qeyd edək ki, hazırda iqtisadiyyat naziri Mikayıl Cabbarovun 5 müavini var.