“Seneqal sahillərində miqrantların olduğu gəmi ələ keçirildi” – KİV


“Seneqal donanması İspaniyaya məxsus Kanar adalarına getməyə çalışan 76 miqrantın olduğu gəmini ölkə sahillərində ələ keçirib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Seneqalın “Seneweb” xəbər portalı məlumat yayıb.
Bildirilir ki, Hərbi Dəniz Qüvvələrinin patrul gəmisi Atlantik okeanında miqrantları daşıyan gəmini sahildən 80 km aralıda saxlayıb. Gəmidə olanların hamısı həbs edilib. Onların arasında Seneqal, Qambiya, Mali və Bisau-Qvineya vətəndaşları da var.
Qeyd edək ki, 2024-cü ilin ilk yeddi yarım ayında Qərbi Afrika ölkələrindən Kanar adalarına 22 mindən çox qeyri-qanuni miqrant gəlib, 2023-cü ilin eyni dövründə isə 9,8 min.

DİGƏR XƏBƏRLƏR

Top