
Hindistanın qərbindəki Maharaştra ştatında 2023-cü ilin dekabrında Baş nazir Narendra Modinin açılışını etdiyi Hindistanın milli qəhrəmanı Şivacinin abidəsi uçub.
Yeniavaz.com “The Hindu”ya istinadən xəbər verir ki, buna səbəb Şivacinin 10 metrlik heykəlini təmsil edən abidənin yaradılması üzrə işlər zamanı keyfiyyətsiz konstruksiyalar və materiallardan istifadə göstərilir.
Nəşr qeyd edir ki, yerli hakimiyyət orqanları çökmə ehtimalı barədə əvvəllər xəbərdarlıq etmiş ekspertlərin rəyinə məhəl qoymayıb. Heykəlin uçması nəticəsində ölən və yaralanan olmayıb.
Maharaştra İctimai İşlər Departamentinin müraciətindən sonra podratçıya və digərlərinə qarşı fırıldaqçılıq və ictimai təhlükəsizliyə təhlükə törətmək ittihamı ilə cinayət işi açılıb.