Telegram” messencerinin yaradıcısı Pavel Durov Fransada saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə LCI telekanalı məlumat yayıb.
Bildirilib ki, Durov avqustun 24-də yerli vaxtla saat 20:00 radələrində (Bakı vaxtı ilə 22:00) Azərbaycandan gələrkən “Le Burje” hava limanında saxlanılıb.
Qeyd olunub ki, onun yanında bir qadın və mühafizəçisi olub.
TF1 telekanalı bildirir ki, hüquq-mühafizə orqanları Durovu narkotik ticarəti, uşaqlara qarşı cinayətlər və “Telegram”da kifayət qədər moderasiya olmaması, hüquq-mühafizə orqanları ilə əməkdaşlıqdan imtina, eləcə də messencerdə kriptovalyuta göndərmək imkanlarına görə dələduzluqda ittiham edir.