Almaniyanın Flensburq şəhərinin prokurorluğu ölkənin şimalındakı Şlezviq-Holşteyn əyalətində PUA-ların dəfələrlə aşkarlanmasından sonra araşdırmaya başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Bildirilir ki, pilotsuz təyyarələr ən azı avqustun 8-dən neft və kimya zavodları, mayeləşdirilmiş təbii qaz terminalı və istismardan çıxarılan atom elektrik stansiyasının yerləşdiyi sənaye zonası üzərində peyda olmağa başlaayıb.
“Spiegel” nəşrinin məlumatına görə, PUA-lar demək olar ki, hər gecə sənaye zonası üzərində səmada müşahidə olunur. Eyni zamanda, naməlum pilotsuz təyyarələr saatda 100 kilometr sürətlə uçduğundan, xüsusi polis pilotsuz təyyarələri onlara çata bilmir.
“Bild”in məlumatına görə, sonuncu dəfə dronlar avqustun 20-də və 22-də peyda olub, buna görə də Şlezviq-Holşteyn polisi əməkdaşlarının bir qismini həyəcan vəziyyətinə salıb.
İlkin versiyaya görə, pilotsuz təyyarələr Rusiya agentləri tərəfindən təxribat məqsədilə Şimal dənizində mülki gəmilərdən buraxıla bilər. Almaniya Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları hesab edirlər ki, bunlar Rusiyanın “Orlan-10” pilotsuz təyyarələridir və onlar 500-600 kilometr uçuş məsafəsinə malikdir.