Rusiya Prezidenti Vladimir Putin açıq şəkildə bildirib ki, Kursk vilayətinin ərazisini işğal etmək cəhdlərindən sonra Kiyevlə hər hansı danışıqlardan söhbət gedə bilməz.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya-1” telekanalına verdiyi açıqlmada bildirib.
“Prezident bu barədə çox açıq şəkildə dedi ki, Kursk vilayətinin ərazisinə müdaxilədən sonra heç bir danışıqlardan söhbət gedə bilməz”, - Lavrov qeyd edib.