Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd və ölkənin vitse-prezidenti Kamalə Harris seçicilərin dəstəyinə görə ən yüksək dövlət postu uğrunda mübarizə aparan keçmiş Amerika lideri Donald Trampdan 3 faiz bəndi irəlidədir.
Yeniavaz.com xəbər verir ki, bunu CBS televiziya şirkətinin və “YouGov” ictimai rəyi araşdırma institutunun keçirdiyi sorğunun nəticələri sübut edir.
Ekspertlərin fikrincə, sorğu iştirakçılarının 51%-i prezident seçkilərində Harrisi dəstəkləməyə hazırdır. Respondentlərin 48%-i isə Trampa üstünlük verir.
Eyni zamanda, əsas ştatlarda hər iki namizədə dəstək səviyyəsi 50% təşkil edir.
Qeyd edək ki, sorğu avqustun 14-dən 16-dək aparılıb. Sorğuda qeydiyyatdan keçmiş 3,3 minə yaxın seçici iştirak edib. Xəta 2,1 faiz bəndi təşkil edib.