Azərbaycanda cəmi 13 şəhər və rayonda donuz saxlanılır – Sayları kəskin azalıb


Bu ilin iyul ayının əvvəlinə olan məlumata görə Azərbaycanda 3 min 905 baş donuz mövcud olub.
Yeniavaz.com 
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə donuzların 23,6% və ya 1 209 baş azalıb.
Açıqlanan məlumatlardan belə görünür ki, donuzların sayı Culfa, Şərur, Abşeron və Kürdəmir rayonlarında 100% azalıb.
Ən böyük artım isə Siyəzən və Goranboy rayonlarnda qeydə alınıb. Son bir ildə Goranboyda donuzların sayı 25, Siyəzəndə isə 10 dəfə artıb.
Məlumat üçün onu da bildirək ki, son 20 il ərzində Azərbaycanda donuzların sayı 6 dəfəyə yaxın azalıb. 20 il əvvəl – 2004-cü ildə ölkədə 22 min 932 baş donuz olub.
Son 2 ildə Azərbaycanın şəhər və rayonlarında donuzların sayı belə olub:
Şəhər və rayonlar 1 iyul 2024
(baş)
1 iyul 2023
(baş)
Bakı ş. 713 1 112
Naxçıvan ş. 250 400
Culfa r. - 400
Şərur r. - 30
Abşeron r. - 75
Xızı r. 20 3
İsmayıllı r. 202 204
Gəncə ş. 32 35
Goranboy r. 40 4
Gədəbəy r. 85 88
Siyəzən r. 25 -
Şabran r. 7 7
Kürdəmir r. - 152
Qax r. 1 668 1 615
Qəbələ r. 735 768
Oğuz r. 78 121
Kəlbəcər r. 50 100

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top