Rusiyada hakimiyyətdən “narazı olanların” payı 21%-dən 31%-ə yüksəlib


Ukrayna ordusunun Kursk vilayətinə daxil olması Rusiya vətəndaşları arasında hakimiyyətə inamın azalmasına səbəb olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiyanın İctimai Rəy Fondunun (FOM) məlumatında bildirilir.
Qeyd olunur ki, 9-11 avqust tarixlərində keçiriulən sorğunun nəticələrinə görə rusiyalıların 25%-i hakimiyyətin hərəkətlərinin onları “qəzəbləndirdiyini” bildirib. Narazılıq səviyyəsi “Vagner”in üsyanından sonra rekord səviyyəyə çatıb.
Son bir həftə ərzində hakimiyyətin hərəkətlərindən qəzəblənənlərin payı 7 faiz bəndi artıb. FOM-un məlumatına görə, hakimiyyətdən “narazı olanların” payı üç həftə ərzində 21%-dən 31%-ə yüksəlib.

DİGƏR XƏBƏRLƏR

Top