Ermənistan Rusiyaya yeni səfir təyin etdi


Ermənistan parlamentinin hakim “Mülki müqavilə” partiyasından keçmiş deputatı Qurgen Arsenyan Ermənistanın Rusiyadakı səfiri təyin edilib.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, Ermənistan Prezidenti Vaaqn Xaçaturyan bu barədə müvafiq sərəncam imzalayıb.
“Baş nazir Nikol Paşinyanın təklifi əsasında konstitusiyanın 132-ci maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə uyğun olaraq, Qurgen Arsenyan Ermənistanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilsin”, - sərəncamda bildirilib.
Bir gün əvvəl onun deputat səlahiyyətlərinə xitam verildiyi məlum olub.
Qeyd edək ki, Arsenyan Ermənistan parlamentinin dörd çağırışında deputat olub.
Xatırladaq ki, buna qədər Ermənistanın Rusiyadakı səfiri səlahiyyətlərini Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutunyan icra edib.

DİGƏR XƏBƏRLƏR

Top