Ayaqyalın 3450 kilometr qət etdi


37 yaşlı niderlandlı Anton Notenbom 3450 kilometr ayaqyalın piyada qət edərək, dünya rekordu vurub.
Yeniavaz.com
“NL Times” nəşrinə istinadla xəbər verir ki, o, bazar günü günortadan sonra Amerikanın Sent-Luis ştatına çatıb.
Notenbom səfərinə fevralın 17-də Kaliforniyadakı Santa-Monika çimərliyindən başlayıb və 3450 kilometrlik yolu 175 gündə qət edib. Bununla da o, Ginnesin Rekordlar Kitabına düşüb.
İndi Notenbom Nyu-Yorka daha 1700 kilometr piyada getməyi planlaşdırır.
Onun nümayəndəsinin sözlərinə görə, hollandiyalının “Tayms” meydanına gəlişi noyabrın 2-də gözlənilir.
Nümayəndənin sözlərinə görə, Notenbom bu səfərdə çətin günlər keçirib: son vaxtlar temperatur 35 dərəcəyə qədər qalxdığı üçün yollar çox isti olub.
Nəşrin qeyd etdiyinə görə, əvvəlki rekord 3409,75 kilometr təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top