Xəbər verdiyimiz kimi, sentyabr ayının 1-də keçiriləcək parlament seçkilərində 1 052 nəfərin namizədliyi qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, namizədliyi qeydə alınan şəxslərdən 308 nəfərinin namizədliyi siyasi partiyalar tərəfindən irəl sürülüb.
Məlumat üçün bildirək ki, istisnasız olaraq bütün seçki dairələrindən namizəd irəli sürülən yeganə partiya Yeni Azərbaycan Partiyası (YAP) olub. Namizədlərinin sayına görə 2-ci sırada olan Müsavat Partiyasının 24 namizədi olub. Dörd siyasi partiya isə seçkilərdə cəmi 1 namizədlə iştirak edəcək. Seçkilərdə namizəd irəli sürməyən yeganə partiya isə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) olub.
Aşağıdakı cədvəldə siyasi partiyaların qeydə alınan namizədlərinin sayını tədim edirik:
Elnur Əli