Nazirlik “Bazarstore”u cərimələdi – Direktoru da dəyişdirilib


İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkənin aparıcı pərakəndə satış şəbəkələrindən birinə sahib olan “Bazarstore” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən protokol tərtib edib.
Yeniavaz.com
Xidmətdən açıqlanan məlumata istinadən xəbər verir ki, “Bazarstore” MMC “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinin tələblərini pozub.
Belə ki, “Bazarstore” qida məhsulunu üzərində göstərilən qiymətdən baha satıb.
Qeyd edək ki, “Bazarstore”un ölkənin aparıcı holdinqlərindən olan “Azərsun Holdinq”ə bağlı olduğu bildirilir. “Bazarstore” MMC 1999-cu ilin yanvar ayında dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 40 milyon 862 min 223,16 dollar olan şirkətin qanuni təmsilçisi Ebrahim Samadidir. Əvvəllər “Azərsun Holdinq”ə bağlı olan “Azərbaycan Sənaye Bankı” ASC-nin Müşahidə Şurasının üzvü olan Ebrahim Samadi bu vəzifəyə yeni təyin olunub. Daha əvvəl “Bazarstore” MMC-nin direktoru Burhan Sevahil olub.
“Azərsun Holdinq” MMC isə 2000-ci ildə qeydiyyatdan keçib və nizamnamə kapitalı 127 milyon 626 min 666,67 manatdır. Qanuni təmsilçisi Mehmet Savaş Uzandır. “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri isə tanınmış iş adamı Abdolbari Gözəldir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top