Naxçıvan Beynəlxalq Hava Limanının tabeliyində fəaliyyət göstərən “Aeroport Taksi” MMC (VÖEN – 0201265151) ləğv olunub.
Yeniavaz.com xəbər verir ki, ləğvetmə elanında kreditorlardan 2 ay ərzində tələblərini Naxçıvan Hava Limanına bildirmələri istənilir.
Qeyd edək ki, “Aeroport Taksi” MMC Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2021-ci il 27 sentyabr tarixli Qərarı əsasında yaradılıb. Ötən il Hesablama Palatası Naxçıvan Beynəlxalq Hava Limanı və onun tabeliyində olan “Aeroport Taksi” MMC-də yoxlamalar aparıb və bir sıra nöqsanlar aşkar edib. Bu ilin mart ayında isə Naxçıvan Beynəlxalq Hava Limanı AZAL-ın tabeliyinə verilib.
Elnur Əli