“Bentley” avtomobil markası kapotun altında yerləşdiriləcək şirkətin korporativ loqotipi formasında pilotsuz uçan aparatı patentləşdirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “AutoGuide” məlumat yayıb.
Cihazın çəkisinin 250 qramdan çox olmayacağı gözlənilir. Kapotun altında akkumulyatorun doldurulması sistemi yerləşdiriləcək, dronun özü və “Bentley Flying B” loqosu işıqlandırılacaq.
Bildirilir ki, cihazı smartfon, kompüter və ya avtomobil media sistemi vasitəsilə idarə etmək olacaq. Şirkət dronun sürücülərin tıxaclarda və pulsuz parklama yerlərində alternativ yollar axtarmalarına və qəza barədə təcili yardım xidmətlərini xəbərdar etmələrinə kömək etməsini istəyir.