“Texnikabank” “AAAF-İnşaat”ı məhkəməyə verdi – 5,6 milyon vergi borcu da var


Hazırda ləğv prosesində olan “Texnikabank” ASC Xırdalan şəhərində yerləşən “AAAF park” yaşayış kompleksini inşa edən “AAAF-İnşaat” MMC-yə və Məlikova Gülnaz Cabir qızına qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com
xəbər verir ki, iddia üzrə baxış iclası sentyabr ayının 19-da Səbail Rayon Məhkəməsinin hakimi Şahin Abdullayevin sədrliyi ilə keçiriləcək.
Bildirilir ki, məhkəmə iddiası kredit müqaviləsi üzrə mübahisələrlə bağlıdır.
Onu da qeyd edək ki, Dövlət Vergi Xidmətinin yenilənmiş “Kommersiya qurumlarının dövlət reyestri məlumatları”nda “AAAF-İnşaat” MMC barəsində məlumatlar mövcud deyil.

Lakin, “AAAF-İnşaat” MMC-yə məxsus VÖEN nömrəsiylə (3100152201) axtarış aparılan zaman şirkətin hazırda (7 avqust 2024) dövlət büdcəsinə də böyük həcmdə – 5 milyon 639 min 265 manat 95 qəpik vergi borcunun olduğu məlum olur.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top