“Aztelekom” 5 000 dəfə taksi çağıracaq – 46 min pul ayrılıb


Azərbaycanın milli rabitə operatoru olan “Aztelekom” MMC taksi xidməti ilə bağlı tender müsabiqəsi elan edib.
Yeniavaz.com
xəbər verir ki, “Aztelekom” ümumilikdə 5 000 ədəd taksi sifariş edəcək.
Qeyd edək ki, sifariş olunacaq taksilər üçün ödənilməsi nəzərdə tutulan vəsait (ehtimal olunan qiymət) 45 min 806 manat 77 qəpikdir. Bir ədəd taksi üçün orta hesabla 9,2 manat ödəniləcək.
Məlumat üçün bildirək ki, sifariş olunacaq taksilərin 400 ədədinin gediş məsafəsi 3 kilometrdən az, 1 600 ədədinin gediş məsafəsi 3 kilometrdən 10 kilometrədək, 1 200 ədədinin gediş məsafəsi 10 kilometrdən 20 kilometrədək, 600 ədədinin gediş məsafəsi isə 20 kilometrdən 50 kilometrədək olacaq.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top