Yerdə baş verən maqnit qasırğası yüksək G3 səviyyəsinə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS Tətbiqi Geofizika İnstitutuna istinadən məlumat yayıb.
Alimlər qeyd bildirir ki, G3 səviyyəsi (Kp = 6,67) altı saat ərzində davam edib.
Qeyd edək ki, Yerin maqnit sahəsinin pozulması beş səviyyəli miqyasda ölçülür, burada G1 ən zəif pozuntuya, G5 isə ən güclü maqnit qasırğasına uyğundur. Səviyyə G2-dən aşağıdırsa, maqnit sahəsinin pozulması heç bir ciddi nəticələrə səbəb olmur.
Bundan əvvəl “Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus bildirib ki, gələn həftə sonu Yer kürəsində maqnit qasırğası gözlənilir.