“Hizbullah” şiə milislərinin silahlı birləşmələri Livanla sərhəddən 2,5 km məsafədə yerləşən İsrailin Kiryat Şmona şəhərindəki sənaye zonasına hücum edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bildirilib ki, raketlərdən biri yerli müəssisəyə dəyib və nəticədə maddi ziyan yaranıb.
Qeyd olunub ki,ərazidə məskunlaşanlar arasında itki yoxdur.
Qeyd edək ki, daha əvvəl İsrail artilleriyası Livanın cənubundakı Əl-Teybe kəndini atəşə tutub. Hücum nəticəsində yerli yarımstansiyanın ərazisindəki yanacaq anbarı yanıb. Hazırda hadisə yerinə gələn yanğınsöndürənlər alovun qarşısını almağa çalışır.