Almaniyanın “Lufthansa Group” konserninə məxsus aviaşirkətlər Yaxın Şərqdə vəziyyətin pisləşməsi ilə əlaqədar Tel-Əvivə avqustun 8-dək, Beyruta isə avqustun 12-dək uçuşları dayandırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS-ın müxbirinə “Lufthansa”nın mətbuat xidmətindən məlumat verilib.
“Mövcud vəziyyətlə əlaqədar olaraq, “Lufthansa” Qrupu Yaxın Şərqdəki fəaliyyətini yenidən korreksiya edir. Tel-Əvivə bütün sərnişin və yük reysləri avqustun 1-indən avqustun 8-i daxil olmaqla, müvəqqəti olaraq dayandırılacaq ” – məlumatda deyilir.