“Rusiya və ABŞ Ankara hava limanında məhbus mübadiləsi həyata keçirib”.
Yeniavaz.com xəbər verir ki, iddia olunan mübadilə Türkiyənin NTV telekanalı tərəfindən canlı yayımlanıb.
Qeyd edilib ki, Ankaraya Rusiyadan iki təyyarə gəlib.
Nəşrin məlumatına görə, mübadilə çərçivəsində 26 məhbus, o cümlədən 2 uşaq qaytarılacaq.
Televiziya şirkəti qeyd edir ki, əməliyyat Türkiyə Milli Kəşfiyyat Təşkilatının köməyi ilə həyata keçirilib.
Türkiyə rəsmiləri mübadilə ilə bağlı xəbərləri hələlik rəsmi təsdiqləməyib.
“The Insider”in təsdiq edilməyən siyahısına görə Rusiya 15 nəfəri azad edir: Evan Gerşkoviç, Vladimir Kara-Murza, Liliya Çenusheva, İlya Yaşin, Ksenia Fadeeva, Andrey Pivovarov, Paul Uilan, Alsu Kurmaşeva, Oleq Orlov, Saşa Skoçilenko, Demuri Voronin, Kevin Lik, Patrik Şebel, Herman Moyjes, Vadim Ostanin. Belarus Riko Krigeri, ABŞ Vladislav Klyuşini, Roman Seleznev, Vadim Konoşenkonu, Polşa Pavel Rubtsovu, Norveç Mixail Mikushini, Sloveniya Artem və Anna Dultsevi, Almaniya isə Vadim Krasikovu sərbəst buraxacaq.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a bildirib ki, Kreml məhbus mübadiləsi ilə bağlı hələ şərh etmir.
“TRT Haber” telekanalı mübadilənin başa çatdığını iddia edir Bildirilir ki, 10 nəfər Rusiyaya, 13 nəfər Almaniyaya, 3 nəfər ABŞ-yə gedəcək.