Zelim Kotsoyev “Paris-2024” Yay Olimpiya Oyunlarında İlya Sulamanidzeni finalda məğlub edərək Olimpiya çempionu oldu.
***
Azərbaycan cüdoçusu Zelim Kotsoyev “Paris-2024” Yay Olimpiya Oyunlarında finala vəsiqə qazanıb.
Yeniavaz.com xəbər verir ki, o, yarımfinal mərhələsində özbəkistanlı Muzaffarbek Turoboyevlə qarşılaşıb.
100 kg çəki ilə çıxış edən idmançımız finalda İlya Sulamanidze ilə (Gürcüstan) qarşılaşacaq.
***14:43
Azərbaycan cüdoçusu Zelim Kotsoyev “Paris-2024” Yay Olimpiya Oyunlarında yarımfinala vəsiqə qazanıb.
Yeniavaz.com xəbər verir ki, o, 1/4 final görüşündə İsrail təmsilçisi Peter Palçiki ilə qarşılaşıb.
Rəqibini vaza-ari xalı ilə məğlub edən Z.Kotsoyev yarımfinala vəsiqə qazanıb.
***13:25
Azərbaycan cüdoçusu Zelim Kotsoyev “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə qələbə ilə başlayıb.
Yeniavaz.com xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində çıxış edən son dünya çempionu 1/8 finalda polşalı Pyotr Kuçera ilə qarşılaşıb.
Rəqibinə ipponla qalib gələn Z.Kotsoyev 1/4 finala yüksəlib.