Çinli üzgüçü Pan Çjanle Paris Olimpiadasında 100 metr məsafəyə sərbəst üsulla üzgüçülükdə qalib gələrək yeni dünya rekordu vurub.
Yeniavaz.com xəbər verir ki, idmançı 100 metrlik məsafəni 46,40 saniyəyə qət edib.
Belə ki, əvvəlki dünya rekordu da ona məxsus olub və 2024-cü il fevralın 11-də Dohada keçirilən dünya çempionatında 100 metr məsafəyə sərbəst üsulla üzgüçülükdə 46,80 saniyəlik nəticə göstərib.
Avstraliyalı Kayl Çalmers ikinci, rumıniyalı David Popoviç isə üçüncü olub. Bununla da 19 yaşlı Pan Çjanle ilk Olimpiya medalını qazanıb.
Qeyd edək ki, Paris Olimpiadasında üzgüçülük yarışları iyulun 27-dən avqustun 4-dək keçiriləcək.