HƏMAS lideri İsmayıl Haniyəyə qarşı sui-qəsdin yeni təfərrüatları məlum olub.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Haniyyənin öldürüldüyü Tehrandakı binanın fotoları yayılıb.
Fotolar Haniyənin öldürülməsindən 18 saat sonra ortaya çıxıb.
Bina İran Prezidenti Məsud Pezeşkianın iqamətgahından 150 metr məsafədə yerləşir.
Qeyd edək ki, çərşənbə günü İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) İsmayıl Haniyənin öldürüldüyünü elan edib. Haniyə İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etdikdən sonra İsrailin onun Tehrandakı iqamətgahına endirdiyi zərbə nəticəsində öldürülüb. İranın rəsmi xəbər agentliyi İRNA hücumun yerli vaxtla saat 02:00 radələrində baş verdiyini bildirib. “Əl Məyadin” telekanalı isə adı açıqlanmayan İran mənbəsinə istinadla Haniyəni öldürən raketin xarici dövlətin ərazisindən buraxıldığını xəbər verib.
İran İnqilab Keşikçiləri Korpusu verdiyi açıqlamada hadisə ilə bağlı araşdırmanın davam etdiyini və nəticələrin proses başa çatdıqdan sonra açıqlanacağını bildirib.