İsrail və HƏMAS arasında danışıqlar dondurula bilər – KİV


İsrail hökuməti ilə Fələstinin HƏMAS hərəkatı arasında girov danışıqları həftələrlə, hətta aylarla dondurula bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Bildirilir ki, İsrail kabinetinin üzvlərinə Beyrutda şiə Hizbullah hərəkatının hərbi lideri Fuad Şokr və HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsinin danışıqların dayandırılmasına gətirib çıxaracağı ilə bağlı proqnoz verilib.
Bundan əlavə, eyni proqnozda İranın öz ərazisindən İsrailə hücum edə biləcəyi bildirilib.
İyulun 31-də İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinin müşaviri Dmitri Gendelman bildirib ki, İsrail Qəzza zolağında radikallar tərəfindən saxlanılan bütün girovların qaytarılması ilə bağlı danışıqların davam etdirilməsində maraqlıdır.

DİGƏR XƏBƏRLƏR

Top