“İranın ruhani lideri Əli Xamenei İsrailə birbaşa zərbə endirmək əmri verib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The New York Times” (NYT) mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Xemenei bu qərarı Fələstin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsinə cavab olaraq verib.
Nəşrin məlumatına görə, əmr iyulun 31-i səhər saatlarında verilib.
Həmçinin qeyd edilir ki, Xamenei münaqişənin genişlənəcəyi və İsrail və ya ABŞ-nin İslam Respublikasına zərbə endirəcəyi təqdirdə həm hücum, həm də müdafiə planlarının hazırlanmasını əmr edib.