Azərbaycanda 150 və 75 min manatlıq nömrələr satışa çıxarılır – Siyahı


Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 30 avqust tarixində növbəti hərrac keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, hərracda “Azercell Telekom” MMC-yə məxsus mobil telefon nömrələri satışa çıxarılacaq.
Hərracda iştirak etmək istəyənlər ilkin satış qiymətinin 10%-i həcmində hesablanmış behin məbləğini (manatla) “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsinin hesabına köçürülməlidir.
Qeyd edək ki, hərraca çıxarılan mobil nömrələrin ən ucuzu (ilkin hərrac (satış) qiyməti) 3750 manat, ən bahası isə 150 min manatdır.
Hərraclarda iştirak etmək istəyən şəxslərdən müvafiq sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər.
Hərrac Hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) 2-ci mərtəbədə keçiriləcək.
Satışa çıxarılan mobil nömrələr bunlardır:


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top