Prokurorlar yazıçı Beqbederə qarşı işi dayandırdı


Fransa prokurorları yazıçı Frederik Beqbederin zorlanma ilə bağlı istintaqını dayandırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BFM məlumat yayıb.
Fransanın Po şəhərinin prokurorluğu bildirib ki, iş ciddi və ya ardıcıl sübutların olmaması səbəbindən bağlanıb.
Xatırladaq ki, Frederik Beqbeder 2023-cü ilin dekabrında Po polis idarəsində saxlanılıb və dindirilib. Yazıçı haqqında polisə Beqbederin bir neçə aydır münasibət saxladığı adı açıqlanmayan gənc qadın məlumat verib. O, 2023-cü ilin iyulunda yazıçı tərəfindən zorlandığını iddia edib. Beqbeder və vəkilləri ittihamla razılaşmayıb.
Qeyd edək ki, Frederik Beqbeder fransız yazıçı, publisist, ədəbiyyatşünas və redaktordur. “99 frank”, “Ağılsız bir gəncin xatirələri”, “Komada tətillər”, “Məhəbbət üç il yaşayır” romanları ona  populyarlıq gətirib.

DİGƏR XƏBƏRLƏR

Top