Paris Olimpiadasının büdcəsi 11 milyard avro qiymətləndirilir


Bu gün Fransanın paytaxtı Parisdə açılış mərasimi baş tutacaq XXXIII Yay Olimpiya Oyunlarının büdcəsi 11 milyard avro təşkil edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Ouest-France” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, bu məbləğ ilkin büdcədən təxminən iki dəfə çoxdur.
Məlumata görə, yarışların keçiriləcəyi yer kimi Parisin namizədliyinin təqdimatı zamanı oyunların büdcəsi təxminən 6,2 milyard avro olub. Ancaq sonda bu rəqəm demək olar ki, iki dəfə artıb.
Açılış mərasimi üçün xərclər isə təxminən 122 milyon avroya bərabər olub.
Qeyd edək ki, Paris Olimpiadası iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top