Azərbaycan əsilli türkiyəli şair, yazıçı və tərcüməçi Afşar Timuçin 84 yaşında dünyasını dəyişib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.
“Birgə işləmək fürsəti əldə etdiyimiz dəyərli qardaşımız, yazıçı, şair, tərcüməçi və filosof Afşar Timuçini vəfatından dərin hüznlə kədərlənirik. Ailəsinə və yaxınlarına səbr diləyirik”, - “Xəyal” nəşriyyatının yaydığı məlumatda deyilir.
Timuçin hekayə, şeir və roman janrında yazdığı “Belə oxunmalıdır bizim nəğməmiz”, “Gecə gələn köhnə dost”, “Dənizli pəncərə” kimi əsərləri ilə tanınır.
Qeyd olunub ki, Əfşar Timuçinin nəşi 28 iyul bazar günü Ataköy rayonunda, Zincirlikuyudakı ailə qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, Əfşat Temuçin 1939-cu ildə Manisanın Akhisar bölgəsində anadan olub. Ata tərəfdən azərbaycanlı, ana tərəfindən gürcü əsillidir.Ali təhsilinə İstanbul Universiteti Ədəbiyyat fakültəsi Fransız dili və Ədəbiyyatı fakültəsində başlayıb. 1967-ci ildə təhsilini tamamlamaq üçün Kanadaya gedib. 1967-ci ildə Montreal Universiteti Fəlsəfə fakültəsində bakalavr təhsilini, 1970-ci ildə İstanbul Universitetində doktaranturanı tamamlayıb. 1968–1970-ci illərdə Fransız dilindən tərcümələr edib. 1981-ci ildə dosent, 1992-cii ldə professor elmi dərəcələrinə yiyələnib. Bir müddət Kocaeli Universitetində Fəlsəfə fakültəsinin dekanı olub. 2006-cı ildə Kocaeli Universitetindən pensiyaya çıxıb.