“Apple” Çin smartfon bazarında ilk beşlikdən çıxdı


İkinci rübün nəticələrinə görə, “Apple” Çində ilk beş aparıcı smartfon istehsalçısı siyahısından çıxıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Canalys” analitik şirkəti məlumat yayıb.
Məlumata görə, siyahıda lider 19% bazar payı ilə Çinin “Vivo” şirkətidir. Aprel-iyun aylarının sonunda brendin satışları illik müqayisədə 15% artaraq 13,1 milyon smartfona çatıb. İkinci yeri 16% bazar payı ilə OPPO şirkəti tutub. İlk üçlüyü 15% bazar payı ilə HONOR şirkəti tamamlayıb. İlk beşliyə həmçinin, “Huawei” (bazar payı 15%) və “Xiaomi” (bazar payı 14%) şirkətləri daxil olub.
“Canalys” analitiki Lukas Çjun qeyd edib ki, tarixdə ilk dəfə Çində ilk 5 smartfon istehsalçısı tamamilə yerli şirkətlərdən ibarət olub.
“Apple”ın bazar payı isə Çində 14%-ə düşüb. İkinci rübdə “iPhone” satışları 9,7 milyon təşkil edib. Onu siyahıda qabaqlayan “Xiaomi” şirkətinin satışları isə 10 milyon olub.

DİGƏR XƏBƏRLƏR

Top