Dmitri Bulqakov Moskvada saxlanıldı


Rusiya Federasiyası müdafiə nazirinin keçmiş müavini Dmitri Bulqakov Moskvada saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.
Bildirilib ki, o, korrupsiya ilə bağlı açılmış cinayət işi çərçivəsində saxlanılaraq həbs edilib.
“Qanunsuz fəaliyyətə şərait yaradan səbəblərin və şəraitin müəyyən edilməsi üçün istintaq hərəkətləri və əməliyyat tədbirləri həyata keçirilir” – FSB-nin məlumatında qeyd olunur.
Qeyd edək ki, Bulqakov 2008-ci ildən 2022-ci ilin sentyabrınadək müdafiə nazirinin müavini vəzifəsində çalışıb və 2016-cı ildə Rusiya Federasiyasının Qəhrəmanı adına layiq görülüb.
Rəsmi məlumata görə, Bulqakov uzun illər Silahlı Qüvvələrin arxa cəbhəsinə cavabdeh olub, maddi-texniki təchizat sisteminə, qoşunların silah, hərbi texnika və materiallarla təminatının təşkili, onların saxlanması, istismarı, müasirləşdirilməsi, təmiri və zərərsizləşdirilməsinin təşkili fəaliyyətinə rəhbərlik edib.

DİGƏR XƏBƏRLƏR

Top