Ukraynanın dövlət borcu daha 1 milyard dollar artdı


Ukraynanın dövlət borcu iyunda 1 milyard dollardon çox artaraq, 152 milyard dolları keçib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.
İyunun 30-na olan məlumata görə, Ukraynanın dövlət borcu daha 1,16 milyard dollar artaraq, 152,16 milyard dollara çatıb.
“30 iyun 2024-cü il tarixinə Ukraynanın dövlət və dövlət zəmanətli borcu 6 167,97 milyard qrivna və ya 152,16 milyard dollar təşkil edib. 2024-cü ilin iyun ayında Ukraynanın dövlət və dövlət zəmanətli borcunun məbləği 52,71 milyard qrivna və ya 1,16 milyard dollar artıb”, - nazirliyin saytında yerləşdirilən borc məlumat sənədində qeyd edilib.
Məlumata görə, dövlət borcu ümumi borcun 94,85%-ni təşkil edib.
Digər tərəfdən, Ukraynanın büdcə kəsiri artıq ikinci ildir ki, rekord səviyyədədir. Proqnozlara görə, 2024-cü ildə bu kəsir 43,9 milyard dollar təşkil edəcək.
Qeyd edək ki, Ali Radanın Büdcə Komitəsinin üzvü Pavel Frolov Ukraynanın dünyada ən böyük büdcə kəsirinə malik ölkə olduğunu bəyan edib. Hərbi əməliyyatlar fonunda onun xərcləri gəlirlərindən iki dəfə çox olub. Ukrayna Maliyyə Nazirliyinin məlumatına görə, ötən ilin sonunda ölkənin dövlət borcu ÜDM-in 80%-nə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top