Dünyanın ən varlı 1%-i son 10 ildə sərvətini 42 trilyon dollar artırıb


Dünyanın ən varlı 1%-i son on ildə sərvətini 42 trilyon dollar artırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Oxfam” (21 müstəqil qeyri-hökumət təşkilatından ibarət Britaniya tərəfindən yaradılmış konfederasiya) məlumat yayıb.
Bildirilib ki, bu gözlənilməz gəlirə baxmayaraq, varlıların vergiləri tarixi minimuma düşüb.
Bu həftə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək sammitdə G20 qrupunun maliyyə nazirlərinin super varlılara qarşı vergilərin artırılması və onların vergidən yayınmasının qarşısının alınması sahəsində irəliləyiş əldə edəcəkləri gözlənilir. Təşəbbüs varlıların və digər yüksək gəlirli şəxslərin vergiyə cəlb edilməsi üçün metodologiyaların müəyyənləşdirilməsini əhatə edir.
Fransa, İspaniya və İtaliyanın lehinə, ABŞ-nin isə əleyhinə çıxdığı bu təklifin sammitdə qızğın müzakirələrə səbəb olacağı gözlənilir.
“Oxfam” məsələni G20 hökumətləri üçün əsl “lakmus sınağı” adlandıraraq, onları super varlıların sərvətinə illik ən azı 8 faiz xalis vergi qoymağa çağırıb.
Oxfam bildirib ki, 42 trilyon dollarlıq bu rəqəm dünya əhalisinin ən yoxsul yarısının sahib olduğu sərvətdən təxminən 36 dəfə çoxdur. Buna baxmayaraq, onlar bütün dünyada sərvətlərinin 0,5 faizindən azına ekvivalent vergi ödəyirlər.

DİGƏR XƏBƏRLƏR

Top