Bu il cəmi 6 dəfə gömrük ödənişlərinin ödənilməsindən yayınma halı olub – Siyahı


2024-cü ilin yanvar-iyun ayları ərzində gömrük orqanları tərəfindən 16645 hüquqpozma faktı aşkar edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin gömrük orqanlarının hüquq-mühafizə fəaliyyətinin nəticələrinə dair məlumatında deyilir.
Bildirilir ki, bu faktlardan 670-i cinayət xarakterli faktlar olub.
Əməlin növlərinə görə cinayət xarakterli faktların sayı aşağıdakı kimi olub:
 - Qaçaqmalçılıq – 79 dəfə;
 - Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, satış məqsədilə saxlama və ya idxal etmə – 52 dəfə;
 - Xarici valyuta vəsaitlərini xaricdən qaytarmama – 495 dəfə;
 - Gömrük ödənişlərinin ödənilməsindən yayınma – 6 dəfə;
 - Digər cinayət xarakterli faktlar – 52 dəfə.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top