“ABŞ-dəki bəzi etiraz aksiyalarını İran maliyyələşdirir” – Ağ Ev


“İran hakimiyyəti ABŞ-dəki bəzi etiraz aksiyalarını maliyyələşdirir”.
Yeniavaz.com
xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən növbəti brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
Onun sözlərinə görə, ABŞ hakimiyyəti bilir ki, İran ABŞ-dəki bəzi etirazları maliyyələşdirir və təşviq edir.
“Biz hesab etmirik ki, keçirilən bütün etiraz aksiyaları tamamilə İran tərəfindən maliyyələşdirilir. Bir çox amerikalılar təbii olaraq Yaxın Şərqdə baş verənlərdən narahatdırlar. Buna görə də, bir çox etiraz aksiyaları keçirilir. Ancaq biz bilirik ki, İran hadisələrə müdaxilə etməyə çalışır. Onlar nifaq salmağa çalışırlar. Şübhəsiz ki, onlar bəzi etirazların maliyyələşdirilməsinə töhfə verirlər. Amma bütün etirazlar haqqında bunu demək doğru deyil. ABŞ-dəki etirazların əksəriyyəti sülhsevər şəraitdə keçir. Təbii ki, onlar real narahatlıqları olan insanları əhatə edir”, - MTŞ rəsmisi bildirib.
Qeyd edək ki, çərşənbə günü Vaşinqtonda İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ Konqresindəki çıxışına qarşı Fələstin tərəfdarları tərəfindən kütləvi nümayişlər keçirilib. Kapitol polisi etirazçılara qarşı bibər qazından istifadə etdiklərini bildirib. Hüquq-mühafizə orqanları etirazçıların zorakılığa əl atdıqlarını və hökumətin polis baryerlərini keçməmək barədə göstərişlərinə tabe olmadıqlarını iddia ediblər.

DİGƏR XƏBƏRLƏR

Top