Millimiz Ermənistanı məğlub edərək yarımfinala yüksəldi


Albaniyanın Elbasan şəhərində 18 yaşa qədər oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı “C” divizionunda millimizin son qrup oyunu baş tutub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.
Bildirilib ki, B qrupunda qərarlaşmış millimizin rəqibi Ermənistan seçməsi olub.
“Görüş millimizin 76-69 hesablı qələbəsi ilə yekunlaşıb.Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Derin Berköz (18 xal, 5 asist ) seçilib. Yığmamız bu qələbədən sonra qrup lideri olaraq yarımfinala vəsiqə qazanıb”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top