Şəkidə çayın üzərindəki körpünü sel apardı – Video


Şəkidə sel Kiş çayı üzərindəki körpünü uçurub.
Bu barədə sakinlər Yeniavaz.com-a məlumat veriblər.
Bildirilib ki, söhbət Gələrsən-Görərsən qalasının yolu üstündəki körpüdən gedir.
Sakinlərin redaksiyamıza təqdim etdiyi kadrları təqdim edirik:

Qeyd edək ki, bir müddətdir Azərbaycanın bir sıra rayonlarında qeyri-sabit, yağıntılı hava şəraiti hökm sürür. Bunun nəticəsində bir sıra çaylarda daşqınlar olub, sel keçib.

DİGƏR XƏBƏRLƏR

Top