Tramp Zelenskini Rusiya ilə müharibəyə son qoymağa çağırdı


ABŞ-nin keçmiş prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə telefon söhbətinin təfərrüatlarını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, Tramp bu barədə iyulun 22-də “Fox News” telekanalına müsahibəsində danışıb.
“Prezident Zelenski mənə zəng etdi. Onunla yaxşı söhbətimiz oldu. Dedim ki, bu müharibəni bitirməliyik. Bu, müharibə maşınıdır, siz müharibə maşını ilə üz-üzəsiniz. Onlar Hitleri məğlub etdilər, Napoleonu da məğlub etdilər”, - Tramp bildirib.
Tramp həmçinin, ABŞ-nin hazırkı Prezidenti Co Baydeni müharibənin qarşısını ala bilməməkdə ittiham edib.
“Bayden bunun baş verməsinə imkan verməməli idi. Bunun baş vermə ehtimalı sıfır idi. Mənim prezident olduğum 4 ildə bu baş vermədi”, - respublikaçı deyib.
Qeyd edək ki, Tramp dəfələrlə bəyan edib ki, bu il keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə Ukrayna münaqişəsinin tezliklə həllinə nail olacaq. O, həmçinin 2025-ci il yanvarın 20-də vəzifəsinin icrasına başlamazdan əvvəl münaqişəyə son qoyacağına qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top