“İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanmasının vaxtıdır” – ABŞ səfirliyi


“Azərbaycan və Ermənistan arasında sülh sazişinin bağlanmasının vaxtı çatıb”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin bəyanatında deyilir.
Qeyd olunur ki, iyulun 25-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono və ABŞ-nin Ermənistandakı səfiri Kristina Kvien Ermənistanın yüksək rütbəli rəsmiləri ilə görüşüb, İrəvanla Bakı arasında davamlı və ləyaqətli sülhün bərqərar olması səylərini müzakirə ediblər.
“İndi Cənubi Qafqazın sosial və iqtisadi potensialını açacaq sülh sazişinin vaxtıdır”, - bəyanatda qeyd olunur.

DİGƏR XƏBƏRLƏR

Top