Bakıda 7 marşrutun istiqaməti dəyişdi


Bu gün Gəncə prospektində (Sadıqcan dairəsi adlanan hissədən Zığ şossesinə qədər) aparılan təmir-tikinti işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, tətbiq edilən məhdudiyyətlə əlaqədar 21, 43, 44, 60, 121E, 132 və 183 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Ceyhun Həsənov küçəsi, Cavanşir küçəsi, Ramiz Quliyev küçəsi, 8 Noyabr prospekti ilə təşkil edilib.

DİGƏR XƏBƏRLƏR

Top