“WhatsApp”a yeni funksiya gələcək


“WhatsApp”da istifadəçilərə ləqəb yaratmağa imkan verəcək funksiya hazırlanır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.
Bildirilir ki, bu funksiya insanların telefon nömrəsini bilmədən bu parametrlə tapılmasına imkan verməklə məxfilik səviyyəsini yüksəldəcək.
Funksiya hazırda inkişaf mərhələsindədir. Hələlik bu, yalnız brauzerdə mövcud olan “WhatsApp”ın veb versiyası üçün elan edilib. Yeniliyin “Android”, “iOS” və “PC” sistemlərində tətbiqlərdə görünüb-göstərilməyəcəyi dəqiqləşdirilməyib.
Qeyd olunur ki, kontaktlar istifadəçiləri həm telefon nömrəsinə, həm də ləqəbə görə tapa biləcəklər.
 

DİGƏR XƏBƏRLƏR

Top