“Google” “Chrome” brauzeri üçün yeni funksiya təqdim edib


“Google” yüklənmiş fayllarda təhlükənin aşkarlanması sistemini və “Chrome” brauzerində virusların skan edilməsi alqoritmlərini yeniləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bleeping Computer” portalı məlumat yayıb.
Bildirilir ki, indi brauzer faylların təhlükə dərəcəsini daha effektiv şəkildə müəyyənləşdirir və hətta parolla qorunan arxivləri skan edir:
“İndi “Chrome” nəinki potensial təhlükə barədə xəbərdarlıq edir, həm də onu şübhəli və ya təhlükəli kimi təsnif edir və faylı yükləməyi dayandırır. Qabaqcıl mühafizə rejimində brauzer dərin skan etmək üçün şübhəli faylları avtomatik olaraq buludlara yükləyir”.

DİGƏR XƏBƏRLƏR

Top