“Honda” Çində iki zavodunu bağlayır


Yaponiyanın “Honda” korporasiyası gərgin rəqabət şəraitində Çin istehsalı olan elektromobillərə tələbatın kəskin şəkildə genişləndiyi Çində benzinlə işləyən avtomobillərin istehsalı üzrə iki zavodunda istehsalı dayandırmaq qərarına gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, şirkətin hazırda Çində altı zavodu var. Onlardan biri bağlanacaq, digəri isə işini dayandıracaq. Bu müəssisələr ildə 290 min benzinlə işləyən avtomobil istehsal edir ki, bu da “Honda”nın Çindəki istehsalının 20%-ni təşkil edir.
Eyni zamanda, korporasiya Çində elektromobil istehsalı üçün iki zavodu işə salmaq niyyətindədir.
NHK qeyd edir ki, bununla da “Honda” son dərəcə perspektivli Çin bazarında zəifləyən mövqeyini qoruyub saxlamağa ümid edir.
Telenakanalın məlumatına görə, digər yapon avtomobil istehsalçıları da Çində çətin vəziyyətdədir. Belə ki, gərgin rəqabətlə əlaqədar “Mitsubishi” keçən ilin oktyabrında Çindən tamamilə geri çəkilməyə qərar verib. “Nissan” isə zavodlarından birində işi dayandırmaq da daxil olmaqla, Çindəki strategiyasını ciddi şəkildə yenidən nəzərdən keçirməyi qərara alıb.

DİGƏR XƏBƏRLƏR

Top