“Fənərbağça” Yusif Ən-Nəsirinin transfer qiymətini açıqladı


Türkiyə Super Liqasının nəhənglərindən “Fənərbağça” Yusif Ən-Nəsiri ilə müqavilənin detallarını açıqlayıb.
Yeniavaz.com
“TRT Spor”a istinadla xəbər verir ki, bu barədə klubun mətbuat xidməti bəyanat yayıb.
Müqaviləyə görə “Fənərbağça” mərakeşli hücumçu üçün “Sevilya”ya 19 milyon 500 min avro ödəyəcək. Sözügedən məbləğ 4 il ərzində 8 hissəyə bölünərək ödəniləcək.
“Peşəkar futbolçu Yusif Ən-Nəsirinin transferi ilə bağlı onunla və klubu ilə razılıq əldə olunub. 4 ildə 8 hissəyə bölünərək ödəmək şərti ilə futbolçunun ümumi transfer qiyməti 19 milyon 500 min avro müəyyən edilib”, - klubun bəyanatında qeyd olunub.
Beləliklə, “Fənərbağça” 2000-ci ildə “Qalatasaray”ın 17 milyon avroya transfer etdiyi Mario Jardeli ötərək, “Super Liqa” tarixinin ən bahalı transferini reallaşdırıb.

DİGƏR XƏBƏRLƏR

Top