Natiq Qasımovun anasına ev verildi – Foto


Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid Milli Qəhrəman Natiq Qasımovun anası Dursun Qasımovaya Gəncə şəhərində yerləşən MİDA yaşayış kompleksindən ikiotaqlı, tam təmirli mənzil təqdim edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov sosial şəbəkə hesabında məlumat dərc edib.
“Qeyd edim ki, Prezident cənab İlham Əliyevin 25 iyun 2024-cü il Sərəncamına əsasən Natiq Səlim oğlu Qasımova  “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!” – F. Talıbov bildirib.
Xatırladaq ki, ötən ay övladına “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi ilə əlaqədar Dursun Qasımovaya Prezident təqaüdü də təyin edilib.

DİGƏR XƏBƏRLƏR

Top