2030-cu il Qış Olimpiya Oyunları da Fransada keçiriləcək


Beynəlxalq Olimpiya Komitəsinin (BOK) sessiyası Fransanın Alp dağlarının 2030-cu il Qış Olimpiya Oyunlarının paytaxtı kimi namizədliyinin lehinə səs verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə təşkilatın rəhbəri Tomas Bax məlumat yayıb.
“Fransanın Alp dağları üçün keçirilən səsvermədə 84 nəfər lehinə, 4 nəfər əleyhinə səs verib, 7 nəfər isə bitərəf qalıb”, - komitə sədri bildirib.
Qeyd edək ki, 2024-cü il Yay Olimpiya Oyunları da Fransada keçirilir. Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top