Almadanı Paris Olimpiasında qarət etdilər


Argentina millisinin yarımmüdafiəçisi Tiaqo Almadanın əşyaları futbol üzrə Olimpiya turnirinin qrup mərhələsinin start turundan əvvəl oğurlanıb.
Yeniavaz.com
“TyC Sports” kanalına istinadla xəbər verir ki, bu barədə Argentinanın olimpiya komandasının baş məşqçisi Xavyer Maskerano məlumat verib.
“Tiaqo Almadanın əşyaları oğurlanıb. Məşqdən sonra üzüklər və saatlar yoxa çıxıb. Lakin biz bu barədə danışmaq istəmədik”, - Maskerano bildirib.
Qeyd edək ki, B qrupunda keçirilən ilk turda argentinalılar Mərakeş millisinə 1:2 hesabı ilə məğlub olublar. İkinci hissənin sonunda iğtişaşlarla əlaqədar oyun yarımçıq qalıb və iki saat sonra boş tribunalarla davam etdirilib.
Belə ki, komandalar arasında görüş ikinci hissənin əsas vaxtının 16-cı dəqiqəsində 2:2 hesabı ilə yarımçıq kəsilib. Argentinanın ikinci qolundan sonra Mərakeş millisinin azarkeşləri meydançaya çıxaraq argentinalı futbolçuların üzərinə fişənglər atıblar. İki saat sonra matç boş tribunalar önündə başa çatıb və argentinalıların ikinci qolu ofsaydla əlaqədar ləğv edilib. Beləliklə, Mərakeş yığması Argentina yığmasına 2:1 hesabı ilə qalib gəlib.
Argentina millisi növbəti mərhələdə ilk mərhələdə ukraynalılara 2:1 hesabı ilə qalib gələn İraq yığması ilə qarşılaşacaq. Görüş iyulun 27-də Lionda baş tutacaq və Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Xatırladaq ki, futbol üzrə Olimpiya turniri iyulun 24-dən avqustun 10-dək Fransanın yeddi şəhərində keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top