Yerkökü dərini gənc saxlamağa kömək edir


“Həftədə üç dəfə yerkökü yemək dərinin vəziyyətini yaxşılaşdıra və immuniteti gücləndirə bilər”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə aparılan araşdırmaya istinadən “StudyFinds” məlumat yayıb.
Bildirilir ki, cavan yerkökünü mütəmadi olaraq qəlyanaltı kimi yemək dəridə karotenoidlərin səviyyəsini artırır:
“Bu onun ultrabənövşəyi şüalara qarşı həssaslığını on faiz azaldır. Alimlərin fikrincə, bu, dərini daha uzun müddət gənc saxlamağa imkan verir. Lakin bu nümunə ancaq gənclərə aiddir”.
Yüksək səviyyədə karotenoidlərin xroniki xəstəliklərin, eləcə də xərçəng və ürək xəstəliklərinin inkişaf riskini azaltdığı bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top